Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Yeni monitorinq qrupu qəzet satışına necə nəzarət edəcək?

Yeni monitorinq qrupu qəzet satışına necə nəzarət edəcək?

Azərbaycan Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsi məqsədi illə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyətini bərpa edib.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, qəzet köşkü adı ilə fəaliyyət göstərən satış məntəqələri qəzetdən başqa hər şey satırlar:

“Məsələ burasındadır ki, satışla məşğul olan şəxslər qəzet satılmasında da maraqlı deyillər. Bu baxımdan qəzet köşklərinin təyinatı üzrə istifadəsi məqsədə uyğun olardı. O cümlədən metro keçidlərində və böyük marketlərdə ayrıca qəzet stendlərinin açılması vəziyyətdən xilas olmağa yardım edə bilər. Ümumilikdə isə qəzet işi perspektivsizdir. Yəqin ki, yaxın zamanda meydandan sıxışdırılıb çıxarılacaq. O zamana qədər çalışmalıyıq ki, insanlar axtardıqları qəzetləri alıb oxuya bilsinlər”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …