Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaq Prezident köməkçisi də qatılacaq

Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaq Prezident köməkçisi də qatılacaq

Sabah jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının təqdimetmə mərasimi keçiriləcək.

Azinforum.az-ın movqe.az-a istinadən məlumatına görə, tədbirdəAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edəcək.

Jurnalistlərə mənzillərin açarları sabah saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.

Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli ötən həftə mətbuata verdiyi açıqlamasında binanınistismara tam hazır olduğunu, sənədləşmə işlərinin başa çatdığını bildirmişdi.

Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci yaşayış binasının açılışıiyulun 20-də – Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.Bibiheybət qəsəbəsində inşa edilən və tam istismara hazır olanbinada255 mənzil var.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …