Ana səhifə / Media / “Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər” – Adil Əliyev

“Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər” – Adil Əliyev

“Bələdiyyələrin fəaliyyətini qınayırlar, ama təkliflər irəli sürülmür. Bələdiyyələrin fəaliyyəti gücləndirilməlidir”.

Bunu Milli Məclisin deputatı Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Bakının rayonlarındakı bəzi binalara nəzarət bələdiyyələrə verilməlidir: “Bakının bəzi rayonlarının ərazisində müxtəlif təşkilatların nəzarətində olan binalar var, onlara xidmət icra hakimiyyətləri tərəfindən edilir. Həmin binalara nəzarət, xidmət çox aşağıdır. İnsalar da narazı qalır. Təklif edirəm ki, həmin binalara nəzarət bələdiyyələrə verilsin. Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər. Bu işlər bələdiyyələrə verilərsə, daha faydalı olar, yığılan vəsait təyinatı üzrə istifadə olunar”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın