Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Yeni Bakı”da binalar niyə çat verir? – VİDEO

“Yeni Bakı”da binalar niyə çat verir? – VİDEO

Artıq bir neçə aydır ki, Qafqaznews.az Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin şikayətlərini araşdırır və problemlərini işıqlandırıb həllinə çalışır. Sakinlər komendant Ehtiram Yusifovun kobudluğundan, eləcə də kompleksin inşaatını həyata keçirmiş “İlin Dörd Fəsli” MMC-nin öz vədlərini yerinə yetirməməsindən dəfələrlə ölkə mətbuatınaşikayətləniblər.

İyulun 11-də Legion.az-a müraciət edən “Yeni Bakı” sakinləri şəhərciyin 2-ci, 3-cü və 4-cü həyətindəki “P-şəkilli” binalarda qəza vəziyyətinin yarandığını bildiriblər.Sakinlər dediklərinin sübutu olaraq sayta fotoşəkillər və videoyazılar göndəriblər.Bir çox binanın birinci mərtəbə hissəsində uzun və gözəçarpacaq qədər dərin çatlar yaranıb. Fotoşəkillərdən və videogörüntülərdən də görünür ki, (həmin yerlər videogörüntüdə və şəkillərdə ox işarələri ilə göstərilib-red.) əksər çatların üzərinə suvaq çəkilib.13649697_261494470890620_440726887_n

Sakinlərin sözlərinə görə, iki ildən çoxdur qaz verilməyən həmin binalar FHN tərəfindən istismara yararlı hesab edilməyib. “Yeni Bakı” sakinləri məsələylə bağlı FHN-ə də müraciət etdiklərini dedilər.

Biz videoyazıları və fotoşəkilləri izləyib təhlil etdikdən sonra, “İlin Dörd Fəsli” MMC-nin satış meneceri Zamiqlə (soyadını bildirmədi –red.) əlaqə saxladıq. Həmin binalarda mənzillərin çoxdan satıldığını deyən şirkət nümayəndəsi bizə təqdim olunan faktların yalan olduğunu bildirdi, hətta səsini qaldıraraq, jurnalistimizi qərəzli yanaşmada ittiham etdi. Bu binaların FHN tərəfindən necə dəyərləndiyini də öyrənmək istədik, amma nə şirkətdən, nə də FHN-dən bu sualımıza cavab ala bilmədik.

13664345_261503720889695_870250897_nFövqəladə Hallar Nazirliyinin aparatında və “Qaynar xətt”ində bizə mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə etdilər, lakin orda da telefona cavab verən olmadı.

Az sonra FHN-dən bizə zəng gəldi və bu fotoşəkilləri müəyyən bir nömrəyə “vatsap”la göndərməyimiz  xahiş olundu. Biz də FHN əməkdaşının istəyini yerinə yetirdik, lakin bizi maraqlandıran suallar hələ də havada, cavablandırılmamış qalıb: “Yeni Bakı”dakı binalar doğrudanmı qəza vəziyyətindədir? Əgər belədirsə, burdakı evlərin satışına və məskunlaşmasına necə imkan verilir?

Qeyd edək ki, hələ üç il əvvəl ölkə mətbuatında da “Yeni Bakı”dakı binaların çökməsi və çat verməsi ilə bağlı yazılar dərc olunmuşdu.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın