Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Yenə yağış yağacaq – PROQNOZ

Yenə yağış yağacaq – PROQNOZ

Bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 15-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın