Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə…

Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə…

Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı dərc edilən tənqidi yazıya görə, 3 gündür hədə-qorxu, təhqirlə üzləşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyevaya hücum olub. Xanım jurnalist bildirb ki, ona zəng edərək yazının silinməsi tələb olunurdu və əks halda küçədə öldürəcəkləri ilə hədələyirdilər. Oktay Əliyev adında şəxsin müraciəti əsasında işıqlandırılan məqalədən sonra redaksiyaya zəng vuran Oktay adlı şəxs şikayətçi olmadığını bildirib. A.Əliyeva bildirir ki, onun nəzərinə çatdırıb ki, sən Oktaydan söhbət getmir: “Başqa Oktay Əliyevin olduğunu bildirsək də, bizi bezdirməyə başladı. Dedi ki, bəs rayondan Təhsil Şöbəsinin müdiri Baxış müəllim mənə ismarıc edir, yazının silinməsi tələbini irəli sürür. Dedim ki, yazını silmirik. Amma sizin mövqeyinizi verəcəyik ki, həmin Oktay siz deyilsiz. Ayın 15-də tanımadığım bir nömrədən telefonuma zəng vuran şəxs məni təhqir edərək küçədə öldürəcəyini bildirdi. Zəng vuran şəxs bildirdi ki, Rusiyadan gəlib və onu təhsil şefinin müdiri göndərib və deyib ki, get jurnalisti öldür, nə edirsən et, amma yazını sildir gəl. Yanvarın 17-də isə bu işə adiyyatı olmayan Oktay Əliyev zəng vurub məni Azərbaycan Nəşriyyatında tanış jurnalistlərlə gözlədiyini bildirdi. Dedi ki, əmim oğlu da sənə söyüş söyüb, o da üzr istəyəcək. Mən isə video müraciət edəcəm, xahiş edirəm gəlin. Mən telefonda bildirdim ki, əmin oğlunu görmək istəmirəm.

Mən redaksiyaya getdiyim zaman məlum oldu ki, bunlar əvəlcədən işi qrub planla məni bura dəvət ediblər. Həmin Oktay Əliyevin əmisi oğlu, yəni təhsil şefinin göndərdyi “killer” mənə hücum edərək saçımdan tutub təhsil şefinin və keçmiş icra başçısının ayağından öpməyə aparacağını bildirdi”. Xanım jurnalist qeyd edir ki, elə bu zaman ona hücum çəkilib: “Nəşriyyatın polisləri onu otağa çəkdilər, o isə ”buraxın məni, onu öldürüb gedəcəm, onsuz mənim kağızım var, heç mənə işdə düşmür “, deyərək qışqırırdı. Mən isə 102 xidmətinə müraciət edərək, nəşriyyata polis çağırdım. Həmin adam hadisə yerindən qaçdı, hazırda polisə müraciət etmişəm”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …