Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Media / Yasamal icra hakimiyyətinin rəsmisi jurnalistə rüşvət təklif etdi, telefonunu götürüb qaçdı- Video

Yasamal icra hakimiyyətinin rəsmisi jurnalistə rüşvət təklif etdi, telefonunu götürüb qaçdı- Video

“Toplum TV”nin əməkdaşları Vüsalə Mikayıl və Nuray Kamal Elmlər Akademiyası ərazisində çəkiliş apararkən təzyiqlə üzləşiblər.
Müxbirlər mağazası sökülən sahibkarın şikayətini işıqlandırarkən özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Vüsal adlı şəxs video çəkilişə mane olub.
Jurnalistlər daha sonra 21 saylı Mənzil Kommunal İstismar İdarəsinə müsahibə üçün dəvət olunublar.
Jurnalist Vüsalə Mikayılın sözlərinə görə, müsahibə baş tutmayıb, onlara şikayəti işıqlandırmamaları üçün rüşvət təklif edilib.
Bundan imtina etdikdə, Vüsal adlı şəxs jurnalistin telefonunu alaraq ərazidən uzaqlaşıb.
Məsələ ilə əlaqadar hüquq mühafizə orqanalarına, 102 Qaynar Xəttinə şikayət ünvanlanıb.

Həmçinin oxuyun

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib. …