Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Yarmarkada satılan balıqlarda xəstəlik aşkarlandı – PROBLEM

Yarmarkada satılan balıqlarda xəstəlik aşkarlandı – PROBLEM

Sumqayıt şəhərində qida üçün yararsız olan balıq satışının qarşısı alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, DBNX-nin Sumqayıt şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Sumqayıtda təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında heyvandarlıq məhsullarına (iri və xırdabuynuzlu heyvan, quş, balıq ətlərinə, bal və s.) baytarlıq nəzarəti həyata keçirilib. Heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizası zamanı Neftçala rayonundan alınıb yarmarkaya satış məqsədi ilə gətirilmiş müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri standarta uyğun gəlməyən, pis qoxusu olan, 44-BM 957 dövlət nömrə nişanlı avtomobildə antisanitar vəziyyətdə daşınan Masallı rayon sakini Əsədov Firudin Şakir oğluna məxsus 179 kq, Sumqayıt şəhər sakini Qarakişiyev Arif Cavad oğluna məxsus 27 kq (cəmi 206 kq) çəkidə insan qidası üçün yararlılığı şübhə yaradan balıqlar aşkar edilib və satışdan çıxarılıb.

İnsan qidası üçün yararlılığı şübhə doğuran balıqlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Orada aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən Firudin Əsədova məxsus balıqlarda aeromonoz xəstəliyinin, Arif Qarakişiyevə məxsus balıqlarda isə saprolegniz xəstəliyinin törədiciləri aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, balıqların insan qidası üçün keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının 19 sentyabr 2016-cı il tarixli, 0959 nömrəli ekspertizasının nəticələri nəzərə alınaraq balıqların zərərsizləşdirilməsinə qərar verilib.

 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın