Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Yanğının Hirkan qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb

Yanğının Hirkan qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb

Yanğın hadisəsi Hirkan Milli Parkının ərazisində olmayıb.
Virtualaz.org saytı bildirir ki, yanğın hadisəsi Hirkan Milli Parkının ərazisində olmayıb.
“Yanğın Hirkan qəsəbəsinin bələdiyyə torpaqlarında olub və parkın ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Virtualaz.org-a açıqlamasında belə deyib
*   *   *12:08
Hirkan Mill Parkında yanğın hadisəsi baş verib.
“Report” bildirir ki, yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun “40-cı km” adlanan ərazisində olub.
Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Lənkəran RYMX-dən bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın