Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Yalnız bu universitetlərin tələbələrinə kredit veriləcək – SİYAHI

Yalnız bu universitetlərin tələbələrinə kredit veriləcək – SİYAHI

“Maarifçi” Tələbə Kredit Fondu oktyabrın 1-də təhsil haqqı krediti üçün sessiya elan edəcək. Fonddan verilən xəbərə görə, sessiya ayın sonuna kimi davam edəcək.

Fins.az bildirir ki, kredit şərtlərində əsas məqamlardan biri valideynlərin gəlirləri ilə bağlıdır. Belə ki, kredit istəyən tələbənin valideynlərin illik gəliri 10 min manat olmalıdır. Fond ancaq əyani təhsil alan, 2,3 və 4-cü kursda oxuyan bakalavrlar üçün kredit verəcək. Kreditlər yaşı 25-dən az olan tələbələrə veriləcək.

Kredit almaq istəyən tələbənin təhsil göstəriciləri də normal olmalıdır. Ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olan və akademik borcu qalan tələbələrə kredit verilməyəcək.

Hansı universitetlərə kredit ayrılacaq?

Fonddan bildiriblər ki, heç də bütün ali məktəblərin tələbələrinə kredit verilmir. Ancaq adı aşağıdakı siyahıda universitetlərə vəsait ayrılacaq. Bakı Dövlət Universiteti

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bakı Slavyan Universiteti Gəncə Dövlət Universiteti

Sumqayıt Dövlət Universiteti

Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr aşağıdakı ümumi tələblərə cavab verməlidirlər:

– Azərbaycan Respublikasının vətəndaşı olmalı;

– Hazırda Fondun təsisçisi olan ali təhsil müəssisələrinin birində təhsil almalı;

– Təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı;

– Valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması).

Kimə güzəşt olar?

Ailə başçısını itirən, valideynlərinin hər ikisini itirən və valideyn himayəsindən məhrum olan, eləcə də sağlamlıq imkanları məhdud olan tələbələrə müəyyən güzəştlər nəzərdə tutulub.

Belə ki, standart təhsil kreditlərində tələbələr ən çoxu 4 min manat v əsait götürə bilərlər. Kreditin illik faiz dərəcəsi 8% müəyyən edilib. Krediti qaytarmaq üçün güzəşt müddəti məzun olduqdan sonra 12 aydır. Bu kreditlər üçün zamin və giov tələb olunmur.

Güzəştli təhsil kreditində isə illik faioz dərəcəsi 6.0%, borcun qaytarılma müddəti isə məzun olduqdan 24 ay sonra, qaytarma müddəti 120 ay müəyyən edilib.

Hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə qaytarılma müdddəti əlavə 1 il uzadılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın