Moderator.az Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın statusunu təqdim edir:
“Rus proletar yazıçısı ünvanını daşıyan Maksim Qorki haradansa oxumuşam ki, əsrin əvvəllərində nə vaxtsa Bakıya gəlib və belə bir ifadə işlədib: “Bakı gecələr Neapola bənzəyir!” Hər halda doğru olub-olmadığını bilməsəm də, bu ifadə təqribən “Sumqayıt və Rustavi qardaşlaşmış şəhərlərdir!” şüarı kimi uzun illər leksikonumuzda yer almışdı. İndi bir şüar da deyim, məndən yadigar qalsın: “İki saat güclü yağış yağanda Bakı, Venetsiyaya bənzəyir.” Burada Qorkidən fərqli olaraq bizim müşahidəmizdə gecə və ya gündüzün elə bir fərqi yoxdur. Əgər istəyirik ki, Bakı həmişə Venetsiyaya bənzəsin, çalışıb yağış suyunun axması üçün yollara kanalizasiyaya xətti qoymamalıyıq.”