Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / Yağış yağdı, Bakının küçələri gölə çevrildi

Yağış yağdı, Bakının küçələri gölə çevrildi

Bugünkü yağış yenə də bəzi paytaxt küçələrini keçilməz edib. Şəhərin ara küçələrində gölməçələr piyadaları yolda qoyub.

Yağış sularının yaratdığı göllər həm piyadaların, həm də nəqliyyatın hərəkətinə problem yaradıb. Ən acınacaqlı vəziyyət isə nəqliyyatın hərəkət etdiyi magistral yollardadır. Yolboyu axan sel sürücülər üçün təhlükə törədib.

Musavat.com Qaraçuxur qəsəbəsindəki əsas magistral yolun, “Bakıxanov” bazarının qarşısından başlayaraq “Qartal” adlanan əraziyə qədər olan yolların, Ceyhun Şərifov küçəsinin yağışdan sonrakı vəziyyətini əks etdirən fotoları və videogörüntüləri təqdim edib.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın