Ana səhifə / Media / Yağış, külək, qar xəbərdarlığı – Noyabrın ilk günləri şaxtalı olacaq

Yağış, külək, qar xəbərdarlığı – Noyabrın ilk günləri şaxtalı olacaq

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo“ya verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Xəbərdarlıq

Noyabrın 01-dən 03-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Rayonlarla bağlı xəbərdarlıq

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 03-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın