Cümə , Aprel 26 2024
Ana səhifə / Media / «Xudafərin-55» MMC-nin himayədarı kimdir?

«Xudafərin-55» MMC-nin himayədarı kimdir?

«Xudafərin» hotel və «Yeni Xudafərin» şadlıq sarayının vergi uçot sənədləri qaydasında deyil Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektdə qeyri-qanuni qumar oyunları da təşkil olunur Paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 25 ünvanında yerləşən «Xudafərin» hotel və onun sahiblərilə bağlı son zamanlar bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Belə ki, adıçəkilən hotelin, eyni zamanda «Yeni Xudafərin» şadlıq sarayının «Xudafərin-55» MMC-nin nəzdində fəaliyyət göstərdiyini vurğulayan mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sözügedən müəssisəsinin vergi uçot sənədləri qaydasında deyil. Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, «Xudafərin-55» MMC-də əmək qanunverciliyinin tələblərinə əməl olunmamaqla yanaşı, vergidən yayınma hallarına rast gəlinir: «Deyilənlərə görə, bu MMC-nin tərkibinə bir neçə obyekt, o cümlədən «Xudafərin» hoteli və «Yeni Xudafərin» şadlıq sarayı daxildir. Bildirilir ki, həmin obyektlərin bir çoxunda heç də hər şey şəffaf deyil. Yəni əgər Vergilər Nazirliyi, həmçinin Əmək Müfəttişliyi adıçəkilən MMC ilə bağlı obyektiv araşdırma aparsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər».

Bu arada, kənardan mədəni və olduqca kübar məkan təsiri bağışlayan «Xudafərin» hotelin daxilində milli-mənəvi dəyərlərimizə zidd məqamların yaşandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, hər cür şəraitlə təmin olunan otaqlar tamam başqa məqsədlərə xidmət göstərir: «Deyilənlərə görə, günün əsasən axşam saatlarında hoteldə yüngül həyat tərzi keçirən qızlar tez-tez görünür. Buna inanmayanlar axşam saatlarında hotelin qabağına gəlib hər şeyi canlı şəkildə izləyə bilər. Belə ki, deyilənlərə görə, «Xudafərin» hoteldə qadın alveri tüğyan edir. Lakin buna baxmayaraq, hələ də adıçəkilən obyektin fəaliyyətinə son qoyulmayıb. Qeyd olunur ki, əvvəllər adıçəkilən obyekt hotel kimi müştərilərinə xidmət göstərsə də, artıq bir müddətdir ki, əsl «priton»a çevrilib. Bildirilir ki, gün ərzində hoteldə müxtəlif yaş qruplarından olan qadınlar bədənlərini satırlar. Qeyd edim ki, qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında hotel müştərilərlə dolu olur.

Burada yüngül həyat tərzi keçirən qadınlarla intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb. Hotelə kənardan baxdıqda dəbdəbəli, normal, səviyyəli məkana bənzəsə də, əslində vəziyyət tamam başqa cürdür. Yəni «Xudafərin» hotelin sahiblərinin əsas gəliri məhz qadın alverindən əldə olunur. Görünür, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən hotelə himayədarlıq edənlər, bu tip obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaranlar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur. Odur ki, hüquq-mühafizə orqanları bu qanunsuzluğa qarşı ən sərt formada mübarizə aparmalıdır». «Xudafərin-55» MMC-yə Səyavuş Əsgərovun rəhbərlik etdiyini deyən mənbə bildirir ki, nədənsə heç kim onun işinə müdaxilə edə, MMC-yə aid olan obyektlərdə araşdırma, yoxlama apara bilmir: «Deyilənlərə görə, əslən Cəbrayıl rayonundan olan Səyavuş Əsgərovun güclü himayədarları var və məhz onlar «Xudafərin» hotelini, eyni zamanda «Yeni Xudafərin» şadlıq sarayını müvafiq dövlət qurumlarının yoxlamalarından müdafiə edirlər. «Xudafərin» hoteli artıq neçə ildir ki, fəaliyyət göstərir. Burada çalışan şəxslər tanımadıqları müştərilərdən nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi tələb edirlər. Lakin daimi müştərilərdən heç bir sənəd tələb olunmur. Hotelin işçiləri kənar müştərilərdən sənəd tələb etməklə özlərini sığortalayırlar. Bilən isə bilir ki, «Xudafərin» hoteli hansı işlərə xidmət göstərir». Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, bu yaxınlarda məclislərin birində iştirak edən Cəfərqulu «Xudafərin-55» MMC-nin və onun nəzdindəki bütün obyektlərin Elmana məxsus olduğunu deyib. Lakin həmin vaxt digər tərəfdən uca səslə «Ayə, sən bu barədə hər şeyi dəqiq bilmirsən. «Xudafərin» hoteli də, «Yeni Xudafərin», köhnə «Xudafərin» şadlıq sarayı da Qorxmazındır» deyən Nəcəfqulu qardaşı Cəfərquluya etirazını bildirdi. Bizim Arif adlı bir tanışımız var. O, bu söhbətlərdən məlumatlıdır.

Deyilənlərə görə, Nəcəfqulu hər ay adıçəkilən obyektlərdən yığılan pulları kimin və hara aparmasını da bilir. O, iddia edir ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Xudafərin» hotelində qeyri-qanuni qumar oyunları da təşkil olunur. Onun sözlərinə görə, adıçəkilən hoteldə qumar oynayanların əksəriyyəti bəzi məmurların, həmçinin imkanlı şəxslərin övladlarıdır. Hələ bu, harasıdır. Nəcəfqulu iddia edir ki, «Xudafərin-55» MMC-nin nəzdindəki obyektlər suyu yaman çox işlətsələr də, buna görə onlara bir söz deyən, irad tutan, o cümlədən ödəniş tələb edən yoxdur. Maraqlıdır, görəsən niyə?.. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın