Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Xızıda 45 ədəd partlamamış hərbi sursat tapıldı

Xızıda 45 ədəd partlamamış hərbi sursat tapıldı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan verilən məlumata görə, avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülmüş, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 5 gün ərzində 11 ev, 28 evin həyatyanı sahəsinə, 4 ferma ərazisinə, 2 əkin sahəsinə, 4 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, eko-turizmin həyətyanı sahəsinə, yol kənarına baxış keçirilmiş, 5 408 915 kv. m (540.9 ha) əraziyə yoxlanılmış, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülmüşdür.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 2 318 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın