Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Xırdalanda 11-ci sinif şagirdi özünü damdan niyə atdı?

Xırdalanda 11-ci sinif şagirdi özünü damdan niyə atdı?

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bu arada aznews.az Fərrux Əsədli barəsində bəzi məqamları öyrənə bilib. Xirdalan, 1 saylı orta məktəbdən sayta verilən məlumata görə, F, Əsədli dərslərini yaxşı oxuyan şagird olub:

“Fərrux məktəbin ən yaxşı nümünəvi şagirdlərindən biri idi. Dərslərini yaxşı oxuyurdu, Bundan əlavə, dərsə davamiyyəti də yaxşı idi. Onun belə hərəkəti bizə də maraqlıdır. Bu günə kimi səhhətində hər hansı psixoloji problem olmayıb.”

Müəllimlər hadisənin dərsdən sonra baş verdiyini vurğulayıb: “Hadisə evlərində olub.”

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın