Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Xırdalan – Balaxanı yolu yenidən qurulur

Xırdalan – Balaxanı yolu yenidən qurulur

Ölkə prezidentinin sərəncamına əsasən, bir-neçə avtomobil yoluna (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) çıxışı təmin etmək və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Bu barədə “Azəravtoyol” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km-dir, eni isə 8-10 metr arasında dəyişir.

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keşən 4,5 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun “Təmiz Şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinə qədər olan 5,5 km-lik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq.

Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənəcək.

Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür.

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək.

Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi çərçivəsində yenidən qurulur. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın