Xidməti müqavilə ilə işləyənlər 23 manat 20 qəpik sosial sığorta haqqı ödəyirlər. Yeniliyə görə, bu məbləğ təyin edilən ödənişlərə çatmır. Daha dəqiq desək, 24 il bu qayda ilə işləyən şəxs, fərdi bazasına cəmi 6600 manatdan bir qədər çox pul toplaya bilər.

Xidməti müqaviləylə işləyənlər üçün 23 manat sosial sığorta haqqı ödənişi tələb kimi qoyulub. Yəni icbaridir. 65 yaşında pensiyaya çıxmaq üçün 24 il işləyən adam 55, 12 il işləyən şəxs isə 110 manat ödəməlidir.

Vətəndaş 65 yaşına çatdıqda limiti doldura bilməzsə, pensiyaya çıxmadan fəliyyətini davam etdirə bilər. Əvvəllər pensiyaya çıxmaq üçün 12 il iş staj tələb kimi qoyulmuşdusa, indi 25 il iş stajı olanlar pensiya ala biləcəklər.

Gələcəkdə isə bəzi ölkələrin praktikasının tətbiqi gözlənilir. Şəxs, öz hesabına 15840 manatı vaxtından əvvəl yatırsa, 65 yaşından tez pensiyaya çıxa biləcək.