Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Xaçmazda şəhid məzarına hörmətsizlik – RƏZALƏT

Xaçmazda şəhid məzarına hörmətsizlik – RƏZALƏT

Aprel şəhidləri dilimizin əzbəri oldular, canlarını fəda etdilər, qanları ilə suvardıqları vətən torpağı onları ağuşuna aldı. Şəhidlərimiz misligörünməmuiş izdihamla və ehtiramla son mənzilə yola salındılar. Hamımız da elə zənn etdik ki, şəhidlərimizə layiq başdaşı qoyulacaq və məzarlarının üstü götürüləcək. Amma sən demə yanılmışıq…

Elvin Mirzəyevin dəfni…
 
Moderator.az-ın oxuculara təqdim etdiyi bu şəhid məzarı Elvin Mirzəyevindir. Elvin Mirzəyev də aprelin 9-da Xaçmazda torpağa tapşırılıb. Üstündən düz 3 ay keçdikdən sonra şəhid Elvin Mirzəyevin tələbə və əsgər yoldaşı kimi eyni döyüşdə şəhid olub Sumqayıtda dəfn olunan Əbdülməcid Axundovun valideynləri Xaçmaza övladlarının cəbhə yoldaşının məzarını ziyarətə gediblər. Bu zaman onları şoka salan mənzərə ilə qarşılaşıblar. Bəlli olub ki, dəfnindən 3 ay keçməsinə baxmayaraq Elvin Mirzəyevin məzarının üstü hələ də götürülməyib.
Əbdülməcid Axundovun dəfni…
Buna görə Xaçmazın icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin Allah, Vətən və şəhidin ruhu qarşısında nə cavab verəcəyini bir kənara qoyaraq bu rəzalətə görə Ali Baş Komandandan, müdafiə nazirindən hansı adekvat addımların atılacağını gözləmək qalır. İstənilən halda bu hörmətsizlik, bu məsuliyyətsizlik cavabsız qalmamalıdır…

Həmçinin oxuyun

Prezident İlham Əliyev jurnalistləri belə təbrik etdi – FOTO

Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Azinforum.az xəbər …

Bir cavab yazın