Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Xaçmazda erkən nikahlar əleyhinə maarifləndirici tədbir keçirilib

Xaçmazda erkən nikahlar əleyhinə maarifləndirici tədbir keçirilib

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Özünü tanı, hüququnu bil!” erkən nikahların qarşısının alınması üçün maarifləndirmə kampaniyasının təşkili adlı layihəsi çərçivəsində Xaçmaz şəhərində maarifləndirici seminar və ictimai dinləmə təşkil edib.

Azinforum.az-ın məlumatına görə, seminarın birinci sessiyasında gənc qadınlar, müvafiq qurumların nümayəndələri insanın özünü dərk prosesi və cəmiyyətdə uyğun yerini tapması, ikinci sessiyada isə erkən nikah və məişət zorakılığının yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları ilə tanışlıq və problemin qarşısını almaq üçün iştirakçılarla fikir mübadiləsi aparılıb. Layihənin effektivliyinin artırılması məqsədilə iştirakçılar hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.

Xatırladaq ki, layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.

ted1

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın