Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Xaçmazda DƏHŞƏT: Ata uşaqlarına görə özünü oda atdı – VİDEO

Xaçmazda DƏHŞƏT: Ata uşaqlarına görə özünü oda atdı – VİDEO

Bu gün səhər saatlarında Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib.

ARB Şimal xəbər verir ki, Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.

Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın