Ana səhifə / Media / Xaçmazda bazarkom Gülnarə iş adamının əmlakını qarət edib

Xaçmazda bazarkom Gülnarə iş adamının əmlakını qarət edib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xaçmaz rayon sakini Xaçmaz rayon mərkəzi bazarında ticarətlə məşğul olduğunu bildirən Sadıxova Cəmilə və oğlu Sadıxov Qurban, onların nümayəndəsi Vəfadar Novruzov mətbuat konfransı keçiçirdərək Xaçmaz rayon mərkəzi bazarın müdirəsi Gülnarə Həbibova onun bazarda çalışan qohumları bu ilin aprel ayından başlayaraq divan tutmaqdadırlar

 
Belə ki,aprel ayının əvvəllərində bazarda bş verən yanğın hadisəsi ilə bağlı Qurban Sadıxov Gülnarə Həbibovaya müraciət edir və bazarda bu tip hadisələrin baş verməsinin bazarda fəaliyyət göstərən digər iş adamalrını narahat etdiyini bildirir.
Elə nə baş verirsə bundan sonra baş verir və Gülnarə Həbibova Qurban Sadıxovu gözümçıxdıya salmağa başlayır.
Bu qarşıdurma o həddə çatır ki, bazarın müdirəsi iş adamının içərisində 100 min manatdan artıq malı olan dükanını yaxın adamları vasitəsi ilə qarət etdirir və dükanı yararsız hala saldırır.Mətbuat konfransında o da bildirildi ki,dəfələrlə Xaçmaz rayon İcra Hakimiyyətinə,rayon polisinə və prokrorluğa mürciət edilməsinə baxmayaraq,hər hansı bir tədbir görülmək yerinə,əksinə zərərçəkmişə “Biz onlardan qorxuruq onların qarşısın ancaq Bakının təyziqi ilə almaq olar”-deyə cavab verilib.
Zərərçəkmiş bildirdi ki, Gülnarə Həbibova ona küllü miqdarda ziyan vurmaqla yanaşı,eyni zamanda onu öldürtdürəcəyi ilə bağlı təhdid belə edib.
“Mən dəfələrlə bu təhdidlərlə bağlı rayon polis şöbəsinə müraciət etmişəm.Hətta rayon Pİ-nin rəis müavini mənə bildirdi ki,ya sən bunlarla dil tapmalısan,ya da mənim gücüm bunlara çatmır”-deyən zərəçəkmiş Qurban Sadıxov qeyd etdi ki,o məcbur olaraq Bakıya gəlib və burdan Azərbaycan Respublikasının prezidneti Cənab İlham Əliyevdən,ölkəmizin 1-ci vitse-prezidneti Mehriban xanım Əliyevada,Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubovdan və Respublikanın Baş Prokroru Zakir Qaralovdan tapdalanmış və dəfələrlə ölüm təhdidi ilə üzləşməsi ilə bağlı kömək istəyir.
“Mənim çarəm yoxdu.Anam bazar içərisində mağazanın qarət olunduğunu gördükdə üzərinə benzin tökərək yandırmaq istədikdə,bazarın ərazisinə baxan sahə vüfəttişi açıq şəkildə bildirdi ki,dükanı məhz Gülnarə Həbibovanın göstərişi ilə yaxın adamları qarət ediblər və o mallar Gülnarənin sahib olduğu anbarlardan birinə atılıb.Gülnarə özü də belə bir hadisəyə rəvac verdiyini bəyan edib.İndi gedəcək yerimiz,çikayət edəcək ünvanımız ancaq Azərbaycan dövlətidir.Çün ki,Xaçmazda yerli dövlət orqanları bu ailədən qorxurlar”.(vətəninfo.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın