Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Xaçmaz kanalında çoxlu sayda kəsilmiş at başı aşkar olunub

Xaçmaz kanalında çoxlu sayda kəsilmiş at başı aşkar olunub

Xaçmaz rayonunun Kiçik Baraxum kəndindən (Dədəli inzibati ərazi dairəsi) keçən kanalda çoxlu sayda kəsilmiş at başı və heyvanın digər bədən üzvləri aşkar olunub.

“Report”un Şimal bürosu xəbər verir ki, yerli sakinlər artıq neçənci dəfədir ki, belə bir vəziyyətin şahidi olurlar.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların kəllə, daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır ki, bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. Güman edilir ki, bu hissələr hansısa kolbasa məhsullarının hazırlanma sexində kəsilən heyvanlara aiddir.

Kənd sakinləri bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin Dədəli kənd İƏD üzrə nümayəndəliyinə məlumat verildiyini bildiriblər. Dədəli kənd İƏD üzrə nümayəndə Abdulla Didarovla “Report”a bunun heç də yaxşı hal olmadığını qeyd edib:

“Bu barədə Xaçmaz rayon Polis şöbəsinə məlumat verilib. Ola bilsin ki, xəstə və şikəst atları kəsib, ətini Bakıya kolbasa sexlərinə təhvil verirlər”.

Qusarçay-Dədəli Baytar Məntəqəsinin müdiri Rövşən Əliməmmədov “Report”a açıqlamasında hadisədən xəbərdar olduqlarını söyləyiblər:

“Hadisədən xəbərdarıq, lakin bunun kim tərəfindən törədildiyi məlum deyil. Bu barədə polis orqanlarına məlumat verilib”.

Qeyd edək ki, bir neçə il bundan öncə Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində at və uzunqulaq cəsədi aşkar edilmişdi.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın