Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Xəzərdə çimmək qadağan edildi

Xəzərdə çimmək qadağan edildi

İranın Xəzər sahillərində yerləşən vilayət çimərliklərində aparılan yoxlamalardan sonra 13 çimərliyin suyundan istifadə qadağan olunub.

Trend-in məlumatına görə, İranın Xəzər sahillərində yerləşən 56 çimərlikdən Mazandaranda 10, Gilanda 2, Gülüstanda isə 1 çimərlikdə çimmək qadağan olunub.

Qeyd olunur ki, həmin çimərliklər təhlükə həddinin yüksək olduğunu göstərən “sarı bayraq”la nişanlanıb. Burada dəniz suyunun çirklənməsinin əsas mənbəyi olaraq isə dənizə axıdılan kanalizasiya və çirkab suları göstərilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın