Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Xətai və Suraxanı rayonları arasında böyük yanğın – FOTOLAR

Xətai və Suraxanı rayonları arasında böyük yanğın – FOTOLAR

Bu gün saat 13.30 radələrində paytaxtın Xətai və Suraxanı rayonları arasındakı boş sahədə yanğın baş verib. Böyük bir ərazini əhatə edən yanğın küləkli hava səbəbindən qısa müddətdə genişlənib.

Musavat.com-un məlumatına görə, yanğın yerinə FHN-nin Xətai, Suraxanı və Sabunçu şöbələrindən yanğınsöndürənlər gəlsə də, yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Xüsusilə də boş sahədəki zibil yığını və yüzlərlə yararsız avtomobil təkərlərinin alışması, həmçinin sürtkü materiallarının alışması alovu ram etməyə imkan verməyib.

Qeyd edək ki, yaxınlıqda avtomtyobil təmiri sexləri olduğundan yararsız sürtkü materailları və təkərlər də boş sahədəki zibilliyə atılır ki, bu da yanğının genişlənməsinə səbəb olub. Küləyin qatı tüstünü yaşayış evləri istiqamətinə doğru aparması isə fəlakətli vəziyyət yaradıb və sakinlər panik vəziyyətdə küçələrdən dağılışıblar. Əraziyə cəlb olunan polis əməkdaşları general S.Mehmandarov küçəsi boyunca hərəkəti məhdudlaşdırıblar. Bir müddətdən sonra yanğını nisbətən lokallaşdırmaq mümkün olub. Ancaq su ehtiyatının tükənməsi səbəbindən bir ara fasilə yaranıb. Az sonra onlar əlavə qüvvə və su ehtiyatı ilə təmin olunublar və yanğının yaxınlıqdakı həyət evlərinə və binalara keçməsinin qarşısı alınıb. Bununla belə, yaxınlıqdakı bağlar və yaşıllıq zolağı da məhv olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Amma istisna olunmur ki, yanğın zibil qalaqlarına od vurulması səbəbindən baş verib. Xatırladaq ki, iki il əvvəl də eyni ərazidə böyük yanğın törədilmişdi.







Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın