Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Xətai RİH və Təhsil Nazirliyi məktəb həyətinin zəbtini ört-bastır edir?

Xətai RİH və Təhsil Nazirliyi məktəb həyətinin zəbtini ört-bastır edir?

Avqustun10-da Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 saylı məktəbin həyətində villa tikilməsi barədə musavat.com saytında məlumat dərc olunmuşdu. Avqustun 12-də bizim müxbirimiz sözügedən məktəbin ərazisinə gedərək, orda bir neçə villanın tikildiyinə şahid oldu. Villalardan biri məktəbə az qala bitişik tikilib. Qonşu binanın sakinlərinin sözlərinə görə, bu villalar 2005-2009-cu illərdə tikilib. Bizə maraqlı gəldi, məktəb həyətində villa tikilməsinə kim imkan yaradıb? Bu sualla biz 2008-2015-ci illərdə Xətai RİH-in baş memarı Vadim Surxayevə müraciət etdik. “Bu evlər qanuni əsasla tiki20141004_131343lib. Axı harda gəldi ev tikmək mümkünsüzdür”, – deyə Vadim Surxayev cavab verib.

O qeyd edib ki, məktəb Bakı Şəhər Təhsil İdarəsinin mülkiyyətidir, onun torpaq sahəsi isə Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur. “Şəhərin bir yiyəsi var da… o da Bakı Şəhər İcra Hakimiyyətidir”, – deyə Xətai RİH-in sabiq baş memarı bizə cavab verdi. “Onda bu villanın tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib?” – Qafqaznews.az-ın əməkdaşı maraqlandı.Lakin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əlabbas Bağırov Vadim Surxayevin sözlərini təkzib etdi.
“Onlar yerli icra hakimiyyətlərinə tabedir, 1430818150_10255986_244502602416528_6307100888410075669_o-1rayon ərazisində olan məktəblərin Bakı ŞİH-ə nə dəxli var? Məktəb ərazisində gedən tikintiyə də, söküntüyə də RİH-lər cavabdehdir” – deyə Əlabbas Bağırov bildirib.

Xətai RİH başçısının müavini Zaməddin Əkbərov ilə əlaqə saxladıq. “Mən neçə illərdir burda işləyirəm, o tikililəri orda görmüşəm” – deyə Zaməddin Əkbərov bildirdi. “Onlar qanuni şəkildə tikilib?” sualına Zaməddin Əkbərov belə cavab verdi: “Bilmirəm, araşdırmaq lazımdır, yəqin ki, belə tikinti aparırlarsa, sənədi var”. “Axı ora məktəbin ərazisidir, ona necə olub icazə verilib?” – deyə soruşduq.

“Bilmirəm bunu araşdırmaq lazımdır” – deyə Z.Əkbərov vurğuladı. “Bəs bu bir neçə ildə araşdırılmayıb ki?” – deyə dəqiqləşdirmək i1stədik. “Bu sahəyə baxanlar var da… mən araşdırmamışam, baxmamışam, ona görə deyirəm ki, araşdıraram, sonra deyərəm” – deyə Xətai RİH başçısının müavini cavab verdi. “Necə olub ki bu neçə ildə araşdırılmayıb?” – deyə bir daha soruşdu. “Mən bilmirəm, bəlkə də araşdırılıb, ona görə deyirəm ki, tapşırıq verərəm, araşdırıb deyərlər” – deyə Zaməddin Əkbərov bildirdi.Bez-nazvaniya-1-1

Onun sözlərinə görə, bu villaların tikildiyi dövrdə, məhz 2000-2006-cı illərdə Xətai RİH-ə hazırda Yasamal RİH başçısı olan İbrahim Mehdiyev rəhbərlik edib. Lakin öyrəndik ki, Xətai RİH rəhbərliyi məktəb ərazisinin qanunsuz zəbt olunması ilə bağlı məlumatlı olub. Belə ki, 2013-cü il fevralın 20-də Bakı şəhərinin baş memarı Akif Abdullayev Xətai RİH başçısı Razim Məmmədova məktub göndərib. Məktubda bildirilir ki, Xətai Rayon Bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli qərarı ilə, Yusif Hacıyev adlı şəxsə şəxsi yaşayış evi tikintisi məqsədi ilə Mehmandarov küçəsindəki 76 saylı binanın yanında 140 kvadrat metr torpaq sahəsi ayrılıb.

Məktubda vurğulanır ki, tikinti zamanı Yusif Hacıyev yaxınlıqdakı torpaq sahəsini də zəbt edib. Bakı ŞİH-in baş memarı Xətai RİH-dən tələb edib ki, Yusif Hacıyevlə bağlı tədbirlər görülsün. Akif Abdullayevin məktubu Xətai RİH-ə məhz Vadim Surxayevin baş memar olduğu vaxtda göndərilib. Vadim Surxayevin bu məktubdan xəbəri olubmu və məktəb həyətinin qanunsuz zəbtinə görə hər hansı tədbir görülübmü?5ffb7d7827358525bbd9dc1cf0b10de07fed03f503ba

Bununla yanaşı, xatırladaq ki, Xətai RİH başçısının müavini Zaməddin Əkbərov bizə söz vermişdi ki, 263 saylı məktəbin ərazisində vila tikilməsiylə bağlı araşdırma aparılacaq. Biz bu araşdırmanın nəticələrini öyrənmək üçün Zaməddin Əkbərova yenidən zəng etdik. “Mən araşdırmanın başlanması üçün tapşırıq vermişəm”, – deyə Z.Əkbərov bildirdi. “Konkret olaraq kimə tapşırmısınız?” – deyə soruşduq. “Bu sualınıza cavab verə bilmərəm”, – deyən Zaməddin Əkbərov dəstəyi asdı. “Məktəb həyətindəki villalarla bağlı araşdırmanın başlanması barədə məlumatım yoxdur”, – deyə Xətai RİH-in ərazi idarəetməsi şöbəsinin müdiri Etibar Əhmədov Kavkaznews.az-a bildirdi. Azərbaycanda məktəblər Təhsil Nazirliyinin tabeliyindədir. Bəs Təhsil Nazirliyi 263 saylı məktəbin ərazisinin qanunsuz zəbtinə niyə reaksiya verməyib?2_647

Biz bu sialla Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova müraciət etdik. “Əgər məktəb ərazisində qanunsuz olaraq villa tikilibsə, bunu araşdırın”, – deyə mətbuat katibi təklif etdi. “Elə araşdırma aparırıq və öyrənmək istəyirik ki, Təhsil Nazirliyi məktəb ərazisinin zəbtinə niyə göz yumub?”, – deyə soruşduq. “Sizə elə gəlir… Biz heç nəyə göz yummuruq”, – deyə C.Valehov cavab verdi. “Eləmi? Siz göz yummamısınız? Onda zəhmət olmasa deyin, 263 saylı məktəbin həyətinin zəbt olunmasına görə hansı tədbirlər görülüb?” – deyə soruşduq. “Siz dəqiq bilirsiniz ki, məktəb həyətində villalar tikilir?”, – deyə mətbuat katibi soruşdu. “Bəli, onlar çoxdan tikilib” – deyə təsdiqlədik. “Bizə yazılı müraciət edib”, – deyə nazirlik rəsmisi tövsiyə etdi.

 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın