Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Xərçəng istehsalçıları” iş başındadır” – SOS

“Xərçəng istehsalçıları” iş başındadır” – SOS

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov açıqlamasında istehlak bazarında müşahidə edilən bəzi problemlərə diqqət çəkib. E.Hüseynov bəzi sahibkarların mövcud toxunulmazlıq mühitindən sui-istifadə edərək insanları zəhərlədiyi, müxtəlif xəstəliklərə düçar etdiyini bildirib:
“Bu gün ciddi problemlərdən biri sahibkarlara yaradılmış toxunulmazlıq mühitindən sahibkarların sui-istifadə edib ölkənin əmtəə bazarını çirkləndirməsidir. Bu, böyük epidemiya və xəstəliklərin yaranmasına səbəb olan amillərdir. Mən bu barədə lazımi dövlət qurumlarına məlumat vermişəm. Bildirmişəm ki, sahibkarlar yaranmış situasiyadan sui-istifadə edirlər.
2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə bağlanan, filtirsiz siqaret istehsal etməklə insanları ağ ciyər xərçənginə düçar edən şəxslər yenidən bunun istehsalına başlayıblar. Biz bu təhlükəli malları xarici ekspertizaya yollamışıq. Sahibkarların bəzisi hesab edir ki, VÖİN-in olması yetərlidir və onlar zəhər belə istehsal edib sata bilərlər. Bu gün AİB-nin qarşısında dayanan əsas vəzifələrdən biri filtirsiz siqaret istehsalının qarşısını almaqdır. Bu, olduqca ciddi problemdir və onun qarşısının alınması həyati əhəmiyyət kəsb edir ”. Moderator.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın