Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Xəzərdə müəmmalı maddə peyda oldu – VİDEO

Xəzərdə müəmmalı maddə peyda oldu – VİDEO

Sosial şəbəkələrdə Xəzərin Şimal DRES sahəsində suya zəhərli maddələrin axıdılması ilə bağlı video yayılıb. Ağ köpük şəklində suyun üzünə yayılan məhlulun təhlükəli olması sakinləri təşvişə salıb.
ANS-in məlumatına görə, bu görüntülər Xəzər dənizinin Azərbaycana düşən hissəsində qeydə olınıb. Özü də çimərlik hissəsində.
Görüntülər sosial şəbəkədə yayılan andan əhalinin narahatlığına səbəb olmağa başladı. Hər kəs dənizdə yaranan bu müəmmanı suya kimyəvi maddə axıdılması ilə əlaqələndirdi. İşə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarışdı. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti çimərliklərdən nümunələr götürdü və təhlillərini apardı. İlkin nəticələr dənizə kimyəvi madələrin axıdılmadığını göstərdi. Maraqlıdır, bəs dənizdə peyda olan görüntü nəyin nəticəsidir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov bildirib: “Dünən və o biri gün götürülmüş təhlillərin nəticələri göstərdi ki, bu ərazilərdə hər hansı çirklənməyə məruz qalmış ərazi mövcud deyil. Ola bilsin ki, əlverişsiz meteroloji şəraitdə Xəzərə istiqamətlənmiş axar və onun dənizə istiqamətlənmiş görüşmə çevrəsində axınların müxtəlifliyi, reqlament uyğunsuzluğu həmin köpüyə səbəb olub”.
Amma bu yeganə ehtimal deyil. Mirsalam Qəmbərovun sözlərinə görə, Xəzərin Şüvəlan istiqamətində, Şimal DRES-dən axıdılan su ilə dəniz suyunun qovuşmasında fiziki proses baş verir. Temperatur dəyişmələri olur. Müəssisədə dəniz suyu götürülür, istifadə olunur və yenidən dənizə axıdılır. Ola bilər ki, əlverişsiz meteoroloji şəraitdə durğunluq dövründə iki suyun qovuşmasında fiziki hadisə baş versin və həmin köpük bu səbəbdən yaransın. Amma istənilən halda nazirlik hələ təhlillərin yekun nəticələrini təqdim etməyib. Yekun nəticələri isə bir qədər gözləmək lazımdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın