Ana səhifə / Media / Xəzərdə itkin düşən 9 neftçi barədə nə xəbər var? – AÇIQLAMA

Xəzərdə itkin düşən 9 neftçi barədə nə xəbər var? – AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisədə itkin düçən neftçilərin axtarışı davam etdirilir.

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları aparılır.

Qərargahdan Modern.az-a verilən məlumata görə, mütəxəssislər hər gün olduğu kimi, bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış – xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.
Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirilib ki, axtarış – xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza – xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.
SOCAR–ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir.
İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

Xatırladaq ki, bir müddət öncə baş vermiş sözügedən hadisədə 10 negtçi itkin düşüb. Onlardan yalnıq birinin meyiti tapılaraq sudan çıxarılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın