Şənbə , İyul 20 2019
Ana səhifə / Media / Xəstənin sağlam ayağını kəsən həkim və mərkəzin direktoru işdən çıxarıldı – Rəsmi

Xəstənin sağlam ayağını kəsən həkim və mərkəzin direktoru işdən çıxarıldı – Rəsmi

Səhiyyə Nazirliyininin bu gün keçirilən Kollegiya iclasında qurumun Xüsusiləşdirilmiş Angioloji Mərkəzində iyunun 24-də vətəndaş Məmmədova Tərlan Həsən qızına cərrahiyyə əməliyyatının aparılması zamanı baş verən hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.

Nazirlikdən “Report”a verilən xəbərə görə, Səhiyyə Nazirliyinin sərəncamına əsasən hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb.

Vurğulanıb ki, aparılan kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş vermişdir. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.

Buna baxmayaraq cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.

Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.

Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.

Mətbuat xidməti Angioloji Mərkəzin direktoru vəzifəsinə müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunmasını təsdiqləyib.

Həmçinin o da vurğulandı ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcəkdir.

Həmçinin oxuyun

Amerikada mətbuat tarixi və ya “Xəbərlər heç vaxt yatmır”…

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy …

Bir cavab yazın