Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Xəstənin sağlam ayağını kəsən həkim: “Mən bu işin peşəkarıyam”

Xəstənin sağlam ayağını kəsən həkim: “Mən bu işin peşəkarıyam”

“İnsanlar günlərdir məndən danışırlar. Artıq bu mövzuda danışmaqdan bezmişəm. Bilmədən səhv eləmişəm. Səhvimi boynuma alıram, gizlətmirəm. Hər bir həkimin başına gələ bilər. Bu vaxta kimi heç bir xəstə məndən narazı qalmayıb”.

Bunu AzVision.az–a Bakıda xəstənin ayağını səhv kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov deyib.

O, elədiyi səhvə görə, qanun qarşısında cavab verməyə hazır olduğunu bildirib.

“Müvəqqəti olaraq işimdən uzaqlaşmışam. İş yekunlaşana qədər həkim kimi fəaliyyət göstərməyəcəyəm. Mən sənətkaram, bu sahədə peşəkar həkiməm. Bir səhvə görə kariyeramı ləkələyə bilməzlər. Qanun qarşısında qərar qəbul edildikdən sonra öz sənətim üzrə işimi davam etdirəcəyəm”.

Qeyd edək ki, Valeh Kərimov 81 yaşlı diabet xəstəsi olan Tərlan Əliyevanın sol ayağı əvəzinə sağ ayağını kəsib. Faktla bağlı cinayət işi açılıb.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın