Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Windows 7” əməliyyat sisteminə texniki dəstək dayandırılacaq

“Windows 7” əməliyyat sisteminə texniki dəstək dayandırılacaq

“Microsoft” şirkəti yanvarın 14-dən etibarən “Windows 7” əməliyyat sisteminin proqram təminatını dayandıracaq.

RİA Novosti xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.

Bildirilib ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var. Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək.

“Bu əməliyyat sistemi 10 il əvvəl yaradılıb və o zaman kibertəhlükələr tamam başqa səviyyədə idi. Yeni növ kiberhücumlar və ya texnologiyalar çıxdığından “Windows 7”-nin risklər qarşısında fəaliyyətinə yenidən baxmağa gətirib çıxardı. “Windows 10”-nun yaradılması zamanı əsas prinsip kimi məhz kibertəhlükəsizlik müdafiələri və yeni növ hücumlara qarşı tab gətirmək nəzərdə tutuldu”, – deyə məlumatda qeyd olunub.

Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq. Modern.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …