Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Windows 11-in buraxılış tarixi açıqlandı
The logo of Microsoft is pictured in Issy-les-Moulineaux, France, August 8, 2016. REUTERS/Jacky Naegelen/File Photo GLOBAL BUSINESS WEEK AHEAD PACKAGE SEARCH BUSINESS WEEK AHEAD 17 OCT FOR ALL IMAGES

Windows 11-in buraxılış tarixi açıqlandı

Windows 11 oktyabrın 5-də satışa çıxarılacaq. 

Bu barədə Microsoftun veb saytında məlumat verilib.Microsoft rəsmiləri oktyabrın 5-dən etibarən bütün istifadəçilərə Microsoftun pulsuz yeniləmənisinin təqdim olunmasına başlanılanacağını bildiriblər. Bunda əlavə, elə həmin gün yeni nəsil əməliyyat sistyemi pərakəndə satışda olan yeni kompüterlərə də yüklənəcək. “Windows 11 sizi sevdiyinizə yaxınlaşdırmaq üçün hazırlanmış yeni bir Windows təcrübəsidir”, – mesajda deyilir.

Şirkət əməliyyat sisteminin adı çəkilən tarixdə başlamasının sistemi sınayan və Microsoft-a səhvlər barədə məlumat verən Windows Insider proqramının iştirakçıları sayəsində mümkün olduğunu bildirib. “Bu cəmiyyətin enerjisini və coşqusunu həqiqətən yüksək qiymətləndiririk”, – müəlliflər deyiblər.

Windows 11 yerləşdirmə prosesinin mərhələlərlə həyata keçiriləcəyini bəyan edir. Yeniləməni hamıdan əvvəl əməliyyat sisteminin tələblərinə tam cavab verən yeni kompüter sahibləri alacaq. Şirkət mütəxəssislərinin fikrincə, tam yeniləmə dövrü 2022-ci ilin payızına qədər başa çatacaq.

Sonda Amerika korporasiyasının nümayəndələri istifadəçilərə kompüterlərini yeniləməyə hazırlamağı və ya daha yeni bir PC modeli almağı tövsiyə ediblər.

Daha əvvəl Microsoft bəzi köhnə kompüter istifadəçilərinin Windows 11-i yükləyə biləcəyini, lakin əlavə yeniləmələr olmadan riskli olduğunu bildirmişdi. Windows 11 iyunun 24-də elan edilib. Azvision.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …