Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Vüsal Kərimlinin kim əvəz edə bilər? – Bakı Nəqliyyat Agentliyinin uğursuz bir ili…

Vüsal Kərimlinin kim əvəz edə bilər? – Bakı Nəqliyyat Agentliyinin uğursuz bir ili…

Düz bir il əvvəl Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı. Təbii ki, nəqliyyat naziri Ziya Məmmədovun darmadagın etdiyi sistemi yenidən qurmaq, yaranmış ciddi problemlərin həlli üçün belə bir Agentliyin yaradılması vacib idi. Prezident bu sistemi yaradıb fərmanını da imzaladı… Çox keçmədi ki, bu Agentliyin rəhdərinin kimliyi də bəlli oldu… Vüsal Kərimli…
BNAƏvvəla ondan başlayaq ki, Kimdir Bakı Nəqliyyat Agentliyin rəhbəri? Onun haqqında cəmi bir cümlə tapmaq olur – Vüsal Kərimli “BakuBus” MMC-nin direktor müavini vəzifəsində çalışıb… Elə isə, haqqında Vikipediyada belə məlumat olmayan V.Kərimlinin nəzarətindəki Bakı Nəqliyyat Agentliyinin 1 il ərzindəki fəaliyyətinə nəzər salaq. 1 ildə hansısa yeniliklər edilibmi? Prezidentin fərmanından irəli gələn hansı müddəa qismən də olsa həllini tapıbmı?
Nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilibmi?
Sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkili genişləndirilibmi?
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilibmi?
Əgər bir il ərzində Vüsal Kərimli o qədər də baha olmayan amma vətəndaşlar, hətta sürücülər üçün daha vacib olan Agentliyin rəsmi internet saytını bna.gov.az yarada bilmıyibsə o zaman onun fəaliyyəti barədə nə danışmaq olar?
Rəsmi sayt işləmir, telefonlar ümumiyyətlə donmuş vəziyyətdə… Agentliyin (+994 12) 404-41-20 əlaqə nömrələrinə zəng etməklə bu qurumun telefonlarının hansı durumda olduğunu asanlıqla bilmək olar.
Bunları bəlkə də ört-basdır etmək olardı… Əgər ki, son bir ildə avtobus qəzalarının, piyada keçidində avtobusların adam vurması halları azalsaydı… Sürücülərin peşəkarlığına nəzarət olunsaydı… Təəssüflər olsun ki, bir il ərzində nəinki azalma, artım müşahidə olunub.
Təkcə bir həftə ərzində, Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə 5 agır yol qəzası qeydə alnıb. Qarlı havada avtobus sürücüləri şinlərin köhnə olması, əyləc sistemlərinin ümumiyyətlə işləməməsi ilə ciddi narazılıq edirdilər. Qarlı havada avtobusun aşması və sair faklar…
Diqqət edək… Vüsal Kərimli marşrut xəttlərini ləğv etməklə, avrobusların hərəkət istiqamətini dəyişməklə problemdən yaxa qurtarmaq istəyir. Axşam eyni istiqamətdə hərtəkət edən marşrut heç bir xəbərdarlıq edilmədən dəyişdirilir. Heç bir içtimai müzakirə aparılmadan, fəsadlarını düşünmədən atılıan addımların nəticəsi təbii ki, olmur.
İlk öncə vətəndaşların rəyi nəzərə alınmalıdır, bütün istiqamətlər müəyyənləşdirilimlədir bundan sonra qərar verilməlidir. Daha kor-koranə qərar vermək heç bir effekt vermədi. Odur ki, Vüsal Kərimlinin dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Bizimxeber.az-a daxil olan məlumata görə, növbəti ildə Vüsal Kərimli tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Onun yerinə isə kimin təyin olunması hələlik açıqlanmasa da, mənbə bu şəxsin nəqliyyat sektorunu dərindən bildiyini qeyd edir. Məlumata görə, V.Kərimlini qoruya bilməyən adamı isə artıq geri çəkilir. Çünki, kadrlarının səriştəsizliyi onu müəyyən şəxslər qarşısında başıaşağı edib.
Qeyd edək ki, bu günlərdə Vüsal Kərimlinin FETÖ ilə əlaqələrinin olması ilə bağlı ölkə mətbuatında ilginc faktılar da yer alıb.
Bizimxeber.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın