Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Vurduğu piyada sağ qalıb, amma həkim sürücünü bəlaya salıb – VİDEO

Vurduğu piyada sağ qalıb, amma həkim sürücünü bəlaya salıb – VİDEO

Maşınla vurduğu piyada sağ qaldı, hətta xəsarət də almadığı üçün şikayətçi olmadı… Buna baxmayaraq hələ də problemlərinin ardı-arası kəsilmir. Bakı sakini İldırım Sultanovun başına maraqlı bir hadisə gəlib. Taksi fəaliyyəti ilə məşğul olarkən Salyanda diqqətsizlikdən yoldan keçən piyadanı vurub. Bundan sonra problemlərinin ardı-arası kəsilmir.

20 gündən sonra xəsarət alan adamın gipsi açılıb və sağlamlığının qaydada olduğu bildirilib.

İldırım Sultanovun sözlərinə görə, bundan sonra onun məhkəmə işi baş tutub və 1 il icbari iş və 1 il 6 ay müddətinə sürüclük hüququndan məhrum etmə cəzası verilib.

İndi isə onu narahat edən məqam həkim tərəfindən ona səhv analiz kağızının verilməsidir. Deyir ki, hadisədən bir müddət sonra piyadanı yenidən rentgenə aparıblar və onda hec bir qırığın olmadığı bildirilib.

Xəsarət alan piyada Rasim Dadaşova də zəgn etdik. O, İldırım Sultanovundan şikayətçi olmadığını və hadisə nəticəsində təkcə qolunun əzildiyini bildirirdi.

Həmin həkim Salyan rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Nurlan Hüseynov isə piyadada sınıq olduğunu və yalan məlumat vermədiyini deyir.

Nurlan Hüseynovun həmkarlarının fikirləri də onun açıqlamasına şübhə yaradır.

Çünki həkimlər deyir ki, qoldakı sol bazu boyunun sınığı yaşlı insanlarda 20 gün ərzində sağala bilməz.

İndi nəticənin dəyişilməsi qəza törədən sürücünün yenidən hüquq mühafizə orqanlarına müraciətindən asılıdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın