Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlər
üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin
səbəbləri barədə fikirləri yerli mediada, eləcə də ev almış jurnalistlər
arasında anlaşılmazlıq və narahatlıqla qarşılanıb.
Lent.az bu səbəbdən bəzi məsələlərə aydınlıq gətirmək üçün Vüqar Səfərlidən yenidən sözügedən mövzu ilə bağlı müsahibə alıb.
–
Vüqar bəy, yenicag.az-a müsahibənizdə bildirmisiniz ki, jurnalistlərə
verilən evlər xidməti ev kimidir. Xidməti ev, bildiyimiz kimi, müvəqqəti
yaşayış üçün verilir…
–
Bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayır. Çünki evlərin
verilməsi haqqında hər hansı bir sərəncam, sənəd yoxdur. Fondun Müşahidə
Şurasının qərarı ilə Prezident Administrasiyasının tövsiyəsi əsasında
sözügedən evlər jurnalistlərə verilib.
– O evlər jurnalistlərdən alına bilərmi?
–
Qeyd etdiyim kimi, onlar hazırda xidməti ev kimi yaşayırlar. Məgər elə
deyil? Heç kimdən heç nə alına bilməz. Çünki bu bölgülərin hamısına
Prezidentin tapşırığı ilə, razılığı ilə baxılıb. Mən demişəm ki, xidməti
ev kimidir, xidməti ev deyil, başa düşürsünüzmü?
– Evlərin “kupça”laşdırılması ilə bağlı KİVDF tərəfindən bütün sənədlər verilibmi?
–
Evlər verilsə də, bu proses davam edir, onun sənədləşdirilməsi gedir.
Arxitektura Komitəsi yalandan götürüb məlumatlar verir. Biz 2 il
əvvəldən – hələ onda Komitə yox idi – bina qurtardıqdan sonra bütün
sənədləri yığıb Bakı şəhər İcra Hakimiyyətinə vermişdik ki, dövlət
qeydiyyatından keçsin. Komitə yaranandan sonra uzun müddət bu məsələni
hərə bir-birinin üzərinə atdı. Biz yenidən bu sənədləri yığıb verdik və
dedilər ki, növbə çoxdur, baxılacaq. Neçə ay qaldıqdan sonra, axır ki,
avqustun 8-də qərar veriblər ki, Dövlət Komissiyası binanı istismara
qəbul edib. Bu o deməkdir ki, orada yaşayan jurnalist öz ailəsini də
yaşadığı evdə qeydiyyata sala bilər.
– Bildiyiniz kimi, hazırda 2-ci binada qalan jurnalistlərin əsas istəyi evlərə “kupça” verilməməsi ilə bağlıdır.
–
Mən bir şeyi başa düşə bilmirəm, bu “kupça” hazırda onların nəyinə
lazımdır? Hazırda proses gedir. “Kupça”nı mən vermirəm ki, Əmlak
Komitəsi verir. Buyursunlar, getsinlər müraciət etsinlər, görək, onlar
verə biləcəklərmi? Dünən iki dəfə mən onlarla danışmışam ki, bunu hansı
yolla, hansı formada edək ki, jurnalistlərə “kupça”lar verilsin.
–
Vüqar bəy, müsahibədə həmçinin bildirmisiniz ki, jurnalistlərin 1-ci
binasında “kupça”ların verilməsi prosedurunu indi təkrarlamaq mümkün
deyil, çünki orada müəyyən məqamlar var və qanunlara dəyişiklik edilib.
Bu dəyişikliklər hansılardır?
–
Müəyyən qanunlar dəyişilib, bunu mən bilmirəm. Bunu Əmlak Komitəsi həll
edir, biz həll etmirik axı. Sadəcə, biz maraqlıyıq ki, bu məsələ həll
edilsin. Dediyim kimi, dünən iki dəfə onlarla, rəhbərliklə danışıq
aparmışam ki, göstərişlər verilsin. Hüquqşünasla da danışmışam. Onlar
deyir ki, dövlət əmlakı hədiyyə edilə bilməz. Bu, dövlət əmlakıdır,
dövlət pul ayırıb Fonda və Fond bunu tikib. Keçən dəfə bunun yolunu
tapdılar ki, Fond bunu özəlləşdirdi və qərar çıxardı ki, bağışlansın.
Yəni uzun yolla həll edildi. İndi də buyursunlar. Bizim üstümüzə nə iş
düşsə, onu edəcəyik.
– İstəyirsinizsə, yenidən xidməti ev məsələsinə qayıdaraq, bunu bir daha aydınlaşdıraq.
–
Mənim bu sözümü qəbul etmirlərsə, onda göstərsinlər görüm, hər hansı
bir sənəd, prezidentin sərəncamı və ya başqa sənəd varmı ki, bu evlər
onlara verilib? Ona görə də mən qeyd etmişəm ki, proses gedir və hər bir
jurnalist gələcəkdə “kupça”sını alacaq.
Mənim
üçün çox maraqlıdır ki, bu gün “kupça”nı almaq 5 gün, 1 ay, 1 il gec
olsa, nə olur? O adamlar maraqlıdır ki, bu evləri satmaq istəyirlər,
başa düşürsünüz? Qalan şəxslər isə gedib qeydiyyata da düşə bilərlər,
yaşayırlar, qaz, su, işıq öz adlarınadır.
– Bu evlər satıla və kirayəyə verilə bilərmi?
–
Bilirsiniz, Prezident bu evləri hədiyyə edib və jurnalistlərin şəxsi
mülküdür. Ona görə də bununla bağlı biz nəsə deyə bilmərik. Şəxsi
fikrimi bilmək istəyirsinizsə, mən razı olardım ki, evlər veriləndə şərt
qoyulsun ki, bu evlər 10-15 il ərzində satıla bilməz.
Onu
da bildirim ki, evlər veriləndə şərt qoyulub – xidməti olan
jurnalistlər üçün mənzil-məişət şəraitinin yaradılması. Ola bilər ki,
onun hansısa yerdə evi var, ancaq xidmətləri var, şəraitinin
yaxşılaşdırılması üçün ev verilir. Orada yoxdur ki, evi olmayana
verilsin. Mənə çox vaxt deyirlər ki, filankəsin evi var, o birinin
yoxdur. Adi bir şey deyim, məsələn, hər hansı bir qəzetin rəhbəri 20-30
ildir ki, canını mətbuata qoyub, haradasa ev alıb və ya atasından qalıb.
İndi onun xidmətləri yoxdurmu?
10
il işləyən jurnalistin ev almasına, amma baş redaktorun ev almamasına
obyektiv baxmaq olarmı? Bunu da deyim ki, sənədlər yığılanda bir də
görürük ki, birinin 2-3 evi var, ona təbii ki, vermirik. Daha sonra bizə
deyirlər ki, filankəsin evi var, biz də deyirik ki, verdiyi sənəddə axı
evi yoxdur. Çağırıb soruşuruq ki, bəs deyirlər evin var, o da deyir ki,
qardaşımın evidir, yaşayıram. Sənəddə də bu adamın evi yoxdur, biz necə
sübut edək ki, bu sənin evindir? Bunlar çox çətin məsələlərdir.
Son
olaraq bir daha bildirim ki, müsahibədə demişəm ki, bu evlər xidməti
evlər kimidir. Xidməti ev başqa şeydir, belə evlər veriləndə orderlər
verilirdi və yazılırdı ki, xidməti evdir. İndi bunların heç biri yoxdur.
Biz bunları hüquqi tərəflərini müəyyən etməliyik ki, jurnalistlərə
“kupça”lar verilsin.
Ana səhifə / Media / Vüqar Səfərli jurnalist evləri ilə bağlı “kupça” məsləsinə aydınlıq gətirdi – Müsahibə
Həmçinin oxuyun
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama
Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …