Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Media / “Vüqar Səfərlinin bir metro vaqonu dolusu tamadası var idi“

“Vüqar Səfərlinin bir metro vaqonu dolusu tamadası var idi“

Medianin İnkişafi Agentliyinin hörmətli rəhbərliyi, bu qurumda çalışan dəyərli dostlar.

MEDİA-nin üzərinə çətin və şərəfli bir missiya qoyulub. Sizə tapşırılan işlərin öhdəsindən gələcəyinizə, bəslənən ümidləri doğruldacaqiniza inanmaq istəyirəm. Uzun müddət mətbuat sahəsində çalışmis, dahi Səməd Vurğun demişkən, indi də yeri gələndə az-az uyduran biri kimi, “Jurnalistlər şəhərciyi”nin sakini olaraq sizlərdən bir kiçik xahisim var, feysbukda “Jurnalist Binalari” qrupundaki tamadalarinizi yığışdırın! Sosial şəbəkəyə həssas və diqqətlə yanaşdığınızi bildiyimdən belə tərifbazlara “dur” deməyinizi xahis edirəm. Dunən də yazmışdım, jurnalist və sakin olaraq bizim missiyamız obyektiv olmaq, görülən musbət isləri dəstəkləmək, problemləri dilə gətirməkdir. Yerli-yersiz tərif yaqdirmaq nə onu yazan tamadalara, nə də MEDİA rəhbərliyinə şərəf gətirər. Yaxin keçmişimizdə KİVDF rəhbəri V.Səfərlinin də bir metro vaqonu dolusu tamadasi var idi. Bu istidə V.Səfərlinin harda “dincəldiyi” hər kəsə məlumdur. Ona tamadalıq edənlərin də indiki rəzil durumu göz qabağındadır. Amandır, bu yolla getməyin.

“Vüqar Səfərlinin bir metro vaqonu dolusu tamadası var idi“  - Tanınmış jurnalist

Böyük Məmməd Araz yazirdi ki, gərəksiz tərif də yuxuya bənzər, uyudar qələmi iş ustundə də… Əgər şit, bayaqi tərif həqiqətən də sizə çox vacibdirsə bir saata yazib diqqətinizə təqdim edəcəm. İşlərinizə uqurlar arzusu ilə Etibar Cəbrayıloğlu

Həmçinin oxuyun

Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi

Xəzər Televiziyasının şef redaktoru vəzifəsindən ayrılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər departamentinin şef …