Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Vilyam Hacıyevin zəlzələ yalanı necə ifşa oldu?

Vilyam Hacıyevin zəlzələ yalanı necə ifşa oldu?

İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib.
Azinforum.az “Report”a istinadən xəbər verir ki, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb.
İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.

***
“Rayonda vəziyyət yaxşıdır. Heç bir dağıntı yoxdur”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev səhər baş verən zəlzələ haqqında danışarkən deyib.
V. Hacıyev qeyd edib ki, bir dəfə qısa amplitudada 20 saniyəlik zəlzələ baş verib: “Heç bir dağıntı qeydə alınmayıb. Rayonda hər şey qaydasındadır. Narahatçılığa əsas yoxdur”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın