Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Videoya çəkib ictimailəşdirmək düzgün deyil” – Deputat AZAL prezidentini MÜDAFİƏ ETDİ

“Videoya çəkib ictimailəşdirmək düzgün deyil” – Deputat AZAL prezidentini MÜDAFİƏ ETDİ

Milli Məclisin deputatı Çingiz Qənizadə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun onun videosunu çəkən adama barmaq göstərməsinə haqq qazandırıb. Deputat Demokrat.Az-a açıqlamasında deyib ki, məmur da insandır, o da hər hansı hərəkətə yol verə bilər: “Vətəndaşın öz razılığı olmadan onu fotosunu və ya videosunu çəkməyin özü ədəbsizlikdir. Kim kimi istəyirsə, icazəsiz küçədə çəkə bilməz. Bu da qınanmalıdır. Hər bir vətəndaşın özünün xəbəri olmadan onun şəkilini və videosunu çəkmək qadağandır. Eyni zamanda əgər vətəndaş məmuru videosunu çəkibsə və bunun əməlində qanunazidd məqamlar varsa, həmin insanı təhqir etmək də yolverilməzdir. Çünki bunun üçün məhkəmələr mövcuddur. Ümumiyyətlə məmurlar bu cür məsələlərdə tənqidə dözümlü olmalıdırlar”.

Ç.Qənizadə qeyd edib ki, vətəndaşa barmaq göstərilməsi ilə yanaşı, məmurun icazəsiz videosunun çəkilməsi də etik baxımdan düzgün deyil:

“Məmur da insandır, o da haradasa köynəyini düzəldə bilər, burnunu qaşıya bilər. Bunu dərhal videoya çəkib ictimailəşdirmək düzgün deyil. Doğrudur, məmurun barmaq göstərməsi də düzgün qəbul edilmir. Ancaq vətəndaşın da onun görüntüsünü çəkib sosial şəbəkələrdə yayması da doğru deyil”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …