Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA)

Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA)

ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Modern.az məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T.Mustafayev məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Məlumata görə, jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-dəsturktur  islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı  bildirilir.
T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …