Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Vaqif Aydınoğlu ATV-dən getdi:”Yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”

Vaqif Aydınoğlu ATV-dən getdi:”Yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”

ATV-nin ictimai-siyasi verilişlər departamentinin baş redaktoru vəzifəsində çalışan, aparıcı Vaqif Aydınoğlu işdən ayrıldığını açıqlayıb. 

Bu haqda Facebook-da yazan Aydınoğlu işdən öz ərizəsi ilə ayrıldığını açıqlayıb:

“18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub.

Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”.

Qeyd edək ki, BakuPost saytı V.Aydınoğlunun “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağını yazıb. Musavat.com 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …