Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə XƏBƏRDARLIQ: “…Əks halda cərimə olunacaqlar”

Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə XƏBƏRDARLIQ: “…Əks halda cərimə olunacaqlar”

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl jurnalistlərin Bibiheybətdə – Yeni Salyan yolu 22 ünvanında tikilmiş yaşayış binalarının yol probleminə görə aidiyyəti qurumlara müraciət olunmuşdu. Problem dəfələrlə mediada işıqlandırılandan sonra əlaqədar qurumlar əraziyə baxış keçirdilər və binalara döngədə svetofor quraşdırıldı. Svetoforun quraşdırılmasından xeyli vaxt keçsə də, hələ ki işləmir.

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Yol Polisİ İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, jurnalistlərin müraciəti nəzərə alınaraq binaların qarşısına svetofor yerləşdirilib.

“Svetofor qurulsa da hələ ki işləmir. Buna səbəb svetofora elektrik enerjininin verilməməsi və svetoforun sənədləşdirilməməsidir. Yaxın günlərlə bu məsələlər də həllini tapacaq”.

V.Əsədov deyib ki, svetofor tam işə düşənə qədər sürücülər hərəkətlərini mövcud qanunvericiliyə görə davam etdirməlidirlər.

“Hazırda svetofor işləmir, ona görə də jurnalistlərimiz mərkəzə gəlmək üçün əvvəl etdikləri kimi bir az irəlidən dönüb qayıtmalıdırlar, əks halda cərimə olunacaqlar”.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …