Ana səhifə / Media / Vahid Mustafayev Qarabağda radio açmaq istəyir

Vahid Mustafayev Qarabağda radio açmaq istəyir

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

MTRŞ-dan verilən məlumata görə, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “Caspian İnternational Broadcasting Company” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC, “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası və “ARB 24” MMC-dir.

“Televiziya və radio yayımı haqqında” qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Qeyd:  ANS Press 5 oktyabr 2016-cı il tarixindən etibarən “İsti Press” adı ilə fəaliyyət göstərir. Sahibi Vahid Mustafayevdir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …