Ana səhifə / Media / Vahid Mustafayev ATV, Real TV və ARB-ni “vurdu”

Vahid Mustafayev ATV, Real TV və ARB-ni “vurdu”

Qarabağda regional radionu açacaq “Caspian İnternational Broadcasting Company” MMC-ni “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası və “ARB 24” MMC təbrik etməyiblər.

Bu barədə tanınmış jurnalist Vahid Mustafayev öz feysbuk hesabında məlumat verib.

“Mən, Azərbaycanda ilk FM Radiosu, Milli Qəhrəman Çingiz Mustafayev adına ANS-ÇM radiostansiyanın yaradıcısı kimi, CBC-FM təşkilatını təbrik etdim, onlara ağır və məsuliyyətli işlərində bilik, təşəbbüskarlıq və ən əsası, uğurlar arzu etdim və bütün işlərində onlara dəstək olacağımıza söz verdim. Təəssüf ki, nominantlardan CBC-ni yalnız biz, ANS təbrik etdi, amma düşünürəm bu səhvdir – onları hamı təbrik etməli idi! Biz hamımız Qarabağda çalışan Azərbaycan Radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər. Vətən sağ olsun!”, – deyə o qeyd edib.

Qeyd edək ki, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqədə Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” və Sevda Həsənovanın “İsti Press” şirkətləri də iştirak ediblər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …