Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Media / Vahid kartın tətbiqi başlayır

Vahid kartın tətbiqi başlayır

“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb”.

ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:

“Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq”.

Nazir müavini vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib: “Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”.

Həmçinin oxuyun

Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik – APA 15 yaşında

“APA xəbər verir ki…” 15 ildir qəzet və saytların əsas xəbərlərinin ilk cümləsi belə başlayır. …

Bir cavab yazın