Ana səhifə / Media / Vətən Müharibəsinin jurnalist döyüşçüləri – Fotolar

Vətən Müharibəsinin jurnalist döyüşçüləri – Fotolar

44 günlük Vətən Müharibəsində iştirak edən, hazırda da hərbi xidmətini davam etdirənlər arasında qələmi silaha dəyişən xeyli sayda jurnalist var.

Vətən keşiyində dayanan həmkarlarımızın bəzisini oxuculara təqdim edirik. 

Birinci Qarabağ müharibəsinin iştirakçısı, İTV-nin əməkdaşı İlham Tumas, Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarov, “Kaspi” qəzetində baş redaktor müavini Məğrur Əliyev, bir sıra media qurumlarında çalışan, son olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Baş İdarəsinin əməkdaşı olan Araz Ağayev, Futzal Federasiyasının mətbuat xidmətini rəhbəri Mahal Məmmədov zabit kimi xidmət edirlər.

Kult.az xəbər saytının, ARB24 telekanalının, Oxu.az xəbər portalının, “Offside Sport Media”nın əməkdaşları Aqşin Evrən, Fariz Əzimov, Aqşin Kərimov, Daşqın Əziz, İTV-nin İT departamentinin işçisi Dmitriy Markov da Qarabağ uğrunda döyüşlərə yollanaraq, şanlı ordumuza qatılan həmkarlarımızdandır.

Vətən Müharibəsinin jurnalist döyüşçüləri -  Fotolar

Həmçinin oxuyun

AzTV-də audit yoxlaması aparılır

“Azərbaycan Televiziya və Radio Verilişləri”Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. Bu barədə APA-ya AzTV-nin …