Çərşənbə , İyul 17 2019
Ana səhifə / Media / Vəndamda məktəb dağılır – Video

Vəndamda məktəb dağılır – Video

Qəbələnin Vəndam qəsəbəsində keçən əsrin əvvəllərindən inşa olunan bina hazırda məktəb kimi fəaliyyət göstərir.

1928-ci ildə məscid kimi fəaliyyətə başlayan, sovet hakimiyyəti dövründə isə sonradan 2 saylı məktəb kimi istifadə olunan bina istismar müddətini başa vurub. İllər ötdükcə bina tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.

Məktəbin direktoru İradə Cəlilovanın sözlərinə görə vəziyyət çətinləşəndə valideynlərə zəng vururlar: “Yağış yağırdı. Hər yer su olurdu. Valideynlərə zəng vururduq ki, gəlin uşaqlarınızı aparın. Hər zaman 350-ə yaxın şagirdimiz olub. Vəziyyətlə əlaqədar olaraq, 20-dən çox şagirdimiz digər məktəblərə üz tutdular”.

Uzun illərdir təmir olunmayan binanın tavan və döşəməsi sıradan çıxıb. Yaranan vəziyyətlə bağlı məktəb 1 saylı tam orta məktəbin binasına köçürülüb, şagirdlərin təhsili isə növbəli qurulub.

Valideynlər isə, şəraitdən narazılıqlarını əsirgəməyiblər: “Şərait bizi qane etmir. Məcburiyyət qarşısında qalmışam ki, uşaqları çıxarıb başqa təhsil müəssəsinə aparım. Çox acınacaqlıdır vəziyyət”.

Qəbələ rayon Təhsil Şöbəssindən verilən məlumata əsasən rayonda 4 qəzalı, 2 əsaslı təmirə ehtiyacı olan məktəb var. Son 10 il ərzində Qəbələ rayonunda 28 yeni məktəb binası tikilib istifadəyə verilib. Adı çəkilən məktəbin isə yaxın illərdə yenidən tikintisi nəzərdə tutulub. (Region TV)

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın