Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Vəkil Adəm Məmmədovun təqdimatında “Hüquq və ədalət” uğurlu lahiyədi

Vəkil Adəm Məmmədovun təqdimatında “Hüquq və ədalət” uğurlu lahiyədi

“Lider TV bu sezon prodakşnlarla sıx əməkdaşlıq etdi. Prodakşnlar tərəfindən bizə maraqlı ideyalar və təkliflər verildi, biz də onlara dəstək olmaq məqsədilə işbirliyini qəbul etdik. Bu əməkdaşlıq nəticəsində uğurlu lahiyələr alındı. Vəkil Adəm Məmmədovun təqdimatında “Hüquq və ədalət”, Roza Zərgərlinin təqdimatında “Bakı vaxtı ilə” və “Sizin səhhət” buna misaldır”.

BakuPost xəbər verir ki, bu sözləri Lider TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova deyib. O bildirib ki, yeni sezonda da TV prodakşnların təkliflərinə açıqdır: “Biz hər cür yeni ideyaya və təklifə efir verə bilərik. Lakin prodakşnların qarşısında tək şərt Lider TV-nin yayım siyasətinə uyğun proqramların təqdim olumasıdır. Yalnız peşəkar şəkildə hazırlanmış və telekanalın prinsiplərinə uyğun verilişlərə efir veriləcək. Müraciət etmək istəyənlər şəxsən mənimlə əlaqə saxlaya bilərlər”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …