Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Uşaqlara yatdıqları yerdə iynə vurur” – Xəyalənin həkimindən açıqlama

“Uşaqlara yatdıqları yerdə iynə vurur” – Xəyalənin həkimindən açıqlama

Mingəçevir şəhərində 28 yaşlı Xəyalə Quliyevanın iki azyaşlı uşağı ilə intihara cəhd etməsinin təfərrüatı məlum olub.

“ Azinforum.az ” Publika.az-a istinadən xəbər verir ki, X.Quliyevanın ruhi xəstəliyi var. Mingəçevir İcra Hakimiyyətindən bildirilib, o, polisə ifadəsində intihar etmək istəmədiyini deyib.

X.Quliyeva ərizəsində hamilə olduğunu və sadəcə həyəcanlandığını, lakin məqsədinin intihar etmək olmadığını bildirib.

Hadisə baş verən zaman hadisə yerinə cəlb olunan Mingəçevir şəhər Ruhi əsəb Dispanserinin baş həkimi Rəfael Zeynalov da açıqlamasında bildirib ki, X.Quliyeva psixi xəstədir:

“3-4 ay əvvəl yoldaşı müayinə üçün onu xəstəxanaya gətirmişdi. Onu müayinə etdik, psixi xəstə olduğunu müəyyən etdik. Problemi ağır olmasa da, müalicəyə ehtiyacı var idi. Lazım olan müalicəni yazdıq. Lakin o yazılan müalicəni qəbul etmək istəməyib. Yoldaşının dediyinə görə, bütün dərmanları zibilqabına atıb. Xəyalə evdar qadındır, bütün gününü evdə keçirir. Hətta aylarla evdən çölə çıxmır, uşaqlarını məktəbə qayınanası, qaynı aparır. O, həm də yoldaşını tezdən işə gedib, axşam gec gəldiyinə görə qısqanır. Ara-sıra buna görə münaqişələri də olub. Sentyabrın 2-də isə axşam 22 radələrində o, evin qapısını bağlayıb, yoldaşının bütün cəhdlərinə baxmayaraq qapını açmayıb. İki azyaşlı uşağı da evdə olub. Yoldaşı Xəyalənin intihar edə biləcəyindən qorxub və polisə məlumat verib. Polis onu fikrindən daşındıra bilməyib. Biz də bir saata qədər onunla söhbət etdik, lakin qapını açmadı. Fövqəladə Hallar Nazirliyi, polis və prokurorluq nümayəndələri qapını açıb, içəri daxil oldu. Biz mənzilə daxil olanda Xəyalə tormozlanmış halda divanda oturmuşdu. O, qapının açılacağını gözləmirdi, bir anlıq qorxu keçirdi. Lakin intihara cəhd etməsi məlumatı doğru deyil, sadəcə psixi gərgin vəziyyətdə olub. Həmin vaxt uşaqlar mətbəxdə idilər”.

R.Zeynalov eyni zamanda bildirib ki, X.Quliyeva daha sonra həyat yoldaşı ilə birlikdə Mingəçevir şəhər Ruhi Əsəb dispanserinə gətirilib:

“Onu müayinə etdik, sakitləşdirici iynə vurduq. Təkrar müalicə yazdıq. Valideynləri də xəstəxanaya dəvət edildi. Onlara vəziyyəti izah etdik. Xəyalənin yaşadığı mühitdən 10-15 günlük kənarlaşmasına ehtiyacı var. Bu müddət ərzində o, lazımı müalicəni qəbul etməlidir. Bu müddətdə isə uşaqlara qayınanası baxacaq. Çünki Xəyalənin vəziyyəti uşaqlara baxmaq üçün uyğun deyil. O, özü tibb bacısıdır, hazırda işləmir. Lakin məndə olan məlumata görə, o uşaqlarının daim xəstə olduğunu düşünür. Həkim göstərişi olmadan uşaqlarına iynə vururmuş. Bunu özü ilə söhbətində də təsdiq etmişdi. O, uşaqlarının xəstə olduğunu düşündüyündən bunu etdiyini deyirdi. Vurduğu iynələr əsasən, vitamin tərkibli olurmuş. Sonuncu dəfə hadisə baş verən günü uşaqlara yatdıqları yerdə iynə vurub”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın