Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Uşağın öldüyünü bizə demədilər, indi də otaqda gizləniblər” –  VİDEO 

“Uşağın öldüyünü bizə demədilər, indi də otaqda gizləniblər” –  VİDEO 

Doğuş zamanı ölən uşağın yaxınları danışdılar.

“Dedilər ki, hər şey yaxşıdır”

“Doğuş zamanı qapını bağlayıb bizi qovdular”

“Qayıdıb dedilər ki, sizə kim deyib uşaq olub?

Şəkidə İlyasovlar ailəsinin ilk övladı doğuş zamanı dünyasını dəyişib.ARB TV xəbər verir ki, dünən səhər saatlarında Şəki Regional Perinatal Mərkəzinə daxil olan İlyaslı Aidə Bəxtiyar qızı axşam saatlarında təbii doğuş həyata keçirib. Ancaq nəticə faciəvi olub, uşaq ölüb.

Xəstənin qohumu olan Rəşad İlyasov: “Hər şeyin yaxşı olduğunu dedilər. Həkimə bildirdim ki, lazımdırsa, keysəriyyə üsulu ilə götürək. Dedilər yox, yaxşıdır hər şey. İndi ortada yoxdurlar, otağa girib gizləniblər”.

Xəstənin digər qohumu olan Sədaqət İlyasova isə səhər saat 06:00-dan xəstəxanada olduqlarlarını qeyd edib:

“Səhər gətirdik uşağı. Artıq doğuş zamanı qapını bağlayıb bizi qovdular. Əvvəlcə göz aydınlığı verdilər ki, uşaq olub. Az sonra isə qayıdıb dedilər ki, sizə kim deyib uşaq olub? Uşağın ölü olmasını bizə bildirməyiblər”.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın